Ən pis insan kimdir
İnsanın ictimai həyatında əfv və bağışlamadan əldə olunan məsələ budur ki, əfv bütün miqyaslarında cəmiyyətdə dinc əlaqələrlə ictimaiyyətin yaşaması və ixtlafların həlli və dinclik amilidir Əxalqi bəhslər insan həyatının müxtəlif cəhətləri ilə birbaşa əlaqədədir və insanın yaşayışında aparıcı rola malikdir. Hazırkı dövrdə bizim gündəlik həyatımızda baş verən qarşıdurmalar və insanların bir-biriləri ilə anlaşma tərzinə əsasən, araşdırılması cəmiyyətdə mövcud olan çəkişmələri böyük miqdarda azalda biləcək bəhslərdən biri, xüsusən ictimai həyatda əfv və bağışlamadır.
Əfv, “əxlaq” elmi mənbələrində, xüsusən ayə və rəvayətlərdə qüdrət zamanı qüsura yol vermiş şəxsin məzəmmət edilmədən və onun haqqında ehsan verilərək, güzəşt etmək və bağışlamaq mənasındadır. Böyük Peyğəmbər(s.ə.s.) və pak imamlar(ə)-dan daxil olmuş rəvayətlərdə əfv xüsusiyyəti ən yaxşı xasiyyət, ən böyük fəzilət, həmçinin dünya və axirətdə ən yaxşı əxlaq və sair kimi qeyd olunubdur. Böyük Peyğəmbər(s.ə.s.) deyib: Hər kəs xətalara görə güzəştə gedərsə, allahı ona güzəştə gedər və hər kəs güzəşt edərsə, allah da ona güzəşt edər. İmam Əli(ə) buyurub: Ən pis adam odur ki, başqalarının xətasını bağışlamasın və eybi örtməsin. İmam Rza(ə) “Güzəşt et ki, gözəl güzəşt...” ayəsi barədə buyurub: Məqsəd, cəzalandırma, ifratçılıq və məzəmmət olmadan güzəşt etməkdir. Böyük Peyğəmbər(s.ə.s.) buyurur: Bir-birinizə güzəşt edin ki, aranızdakı kinlər aradan qalxsın. İmam Hüseyn(ə) buyurur: Ən güzəştli insan odur ki, qüdrətə malik olarkən güşət etmiş olsun. İmam Əli(ə) buyurub: Güzəşt alicənablıqların zirvəsidir. - See more at: http://azeri.sahartv.ir/%C9%99n-pis-insan-kimdir-489#sthash.i2ZgkrXI.dpuf
نظرات شما عزیزان: |+| نوشته شده توسط سولدوزلو در سه شنبه 25 شهريور 1393برچسب:,imamlar(ə),İmam Əli(ə),İmam Hüseyn(ə),Peyğəmbər(s,ə,s,),imam əli,azərbaycan səsı, و ساعت
|
|